COP29

Tanınmış azərbaycanlı hücumçunun vəziyyəti ağırlaşdı - Narkotik şəxsi həyatını puç etdi: FOTOLAR

21 Fevral 09:40 Problem 2 796
Tanınmış azərbaycanlı hücumçunun vəziyyəti ağırlaşdı - Narkotik şəxsi həyatını puç etdi: FOTOLAR

Millimizin sabiq hücumçusu Fərid Quliyev hazırda ağır durumdadır.

Karyerasını bitirdikdən pis vərdişlərə qoşulan Quliyevin səhhəti heç də yaxşı deyil.

O. narkotikə aludəçilikdən əziyyət çəkir. Orqanizmini zəhərləyən zərərli vərdişdən qurtula bilməyən 38 yaşlı keçmiş forvard hazırda Maştağada yerləşən reabilitasiya mərkəzində müalicə olunur.

Fəridin şəxsi həyatı da bu səbəbdən uğursuz olub. Voleybol üzrə qadınlardan ibarət yığmamızın üzvü Oksana Kiselyova ilə 2018-ci ildə ailə həyatı quran evliliyi bu səbəbdən uzun çəkməyib.

Fəridin durumu gün keçdikcə ağırlaşır. Onun daha müasir tələblərə cavab verən müalicəyə ehtiyacı var.

Buna görə çoxprofilli xəstəxanaya köçürülməlidir. Amma həmin xərci qarşılamağa maddi imkanı çatmır.

Fərid Quliyev "Bakı" və "Neftçi" ilə Azərbaycan Premyer Liqasının qalibi olub. O, eyni zamanda "ağ-qaralar"la ölkə kubokunu qazanıb. 2009/10 mövsümündə "Standart"la ölkə çempionatının bombardiri olub.

Quliyev Berti Foqtsun rəhbərliyi dövründə milliyə dəvət alıb. "Bakı"nın yetirməsinin qara günləri də elə o dönəmdən başlayıb.

Zamanında kifayət qədər böyük pullar qazanan, idmançı rejiminə riayət etməməyə başlayan hücumçunun ətrafında pis çevrə formalaşıb.

Elə onlar da Fəridi bu yola çəkib. İndiyədək bir neçə dəfə pis vərdişdən yaxa qurtarmağa çalışsa da, cəhdləri heç bir nəticə verməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"