
Avstriya yığmasının aparıcı futbolçusu Marko Arnautoviç AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan ilə oyunları buraxacaq.
Sportinfo.az xəbər verir ki, buna 34 yaşlı hücumçunun “İnter”in heyətində İtaliya A seriyasının V turunda “Empoli” (1:0) ilə matçda zədələnməsi səbəb olub.
Tibbi müayinə zamanı Arnautoviçin sol budunda orta dərəcədə əzələ gərginliyi aşkar edilib.
Onun təxminən iki ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Forvard bir neçə həftə sonra yenidən tibib yoxlanışdan keçəcək.
Avstriya yığması oktyabrın 13-də Belçika ilə evdə, üç gün sonra isə Azərbaycanla Bakıda qarşılaşacaq.