Elxan Məmmədovun vəd verib qaçdığı kənddən DƏHŞƏT SAÇAN VİDEO+FOTOLAR

31 Mart 2023 16:00 Problem 892
Elxan Məmmədovun vəd verib qaçdığı kənddən DƏHŞƏT SAÇAN VİDEO+FOTOLAR

Gördüyünüz bu videonu Şirvanovkada çəkmişik.

Qusarın Rusiya ilə sərhəd olan kəndində.

Bu böyük kəndin komandası rayon səviyyəsini aşıb. Artıq dörd ildir ki, Region Liqasında mübarizə aparırlar.

İddiaları elə də böyük deyil, sadəcə, arzulayırlar. Arzulayırlar ki, AFFA onları I Divizionun iştirakçıları sırasına daxil etsinlər.

Peşəkar statuslu çempionatda qüvvəsini sınamaq istəyən «Şirvanovka»nın şərati, bax belədir.

Bələdiyyə xaricində heç bir yerli qurumdan dəstək görməyən, bəzi kənd sakinlərinin köməyi ilə yaşamını sürdürən komandanın mövcud vəziyyətini özündə təcəssüm etdirən kadrlar, doğrudan da, ürək ağrıdır.

Video paltardəyişmə otağında çəkilib. Əgər buranı paltardəyişmə otağı adlandırmaq mümkün olarsa.

Bu darısqal, kif iyi gələn, döşəməsi sökük, tavanı yerindən oynamış otağa sanki bomba düşüb. Elə bil, ötən əsrin 80-90-cu illərindən qalıb.

Elxan Məmmədov ilyarım öncə – hələ AFFA-nın icraçı vitse-prezidenti və baş katibi olduğu zaman Şirvanovkaya səfər edib.

Bilmirik təsadüfən bura gəlib çıxıb, ya necə, məkana baş çəkib və hər şeyi öz gözləriylə görüb. Kənd camaatına müxtəlif söz verib, onları inandırıb ki, federasiya tezliklə stadiona əncam çəkəcək.

Vəd edib ki, narahat olmayın, AFFA öz hesabına süni meydança salacaq, paltardəyişmə və hakim otaqlarını söküb yerində müasir tipli yenisini təkəcək.

Elxan Məmmədov o gedən gedib, verdiyi vədlər də elə orada qalıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti