4-ü legioner, 2-si yerli… Premyer Liqanın problemliləri

5 Fevral 2023 14:00 Problem 654
4-ü legioner, 2-si yerli… Premyer Liqanın problemliləri

Premyer Liqanın 21-ci turu bir neçə futbolçu üçün tamaşa meydanı olub.

6 futbolçu kənardan izləmək məcburiyyətindədir.

Cəzalılar “Qəbələ”də Ruan Renato ilə Murad Musayev, “Zirə”də Vild-Donald Gerye, “Səbail”də Maksim Çex, “Turan Tovuz”da Natan Oduvadır.
“Kəpəz”in müdafiəçisi Zamiq Əliyev isə dünən bu səbəbdən “Qarabağ“la mata çıxmayıb.

Sarı vərəqə limitini dolduran və öncəki turda qırmızı vərəqə alan sözügedən futbolçular 21-cu turda iştirak edə bilməyəcək.

Bu gün “Neftçi” - “Sumqayıt”, “Zirə” – “Qəbələ”, fevralın 6-da isə “Şamaxı” – “Turan Tovuz”, “Sabah” – “Səbail” görüşlərinə şahidlik edəcəyik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti