"Kəpəz" rəhbərliyi İntizam Komitəsinin qərarına məhəl qoymur - FOTOFAKT

30 Noyabr 2022 21:00 Problem 791
"Kəpəz" rəhbərliyi İntizam Komitəsinin qərarına məhəl qoymur - FOTOFAKT

“Kəpəz” rəhbərliyi AFFA İntizam Komitəsinin (İK) çıxardığı qərara əhəmiyyət vermir.

Söhbət Azərbaycan Premyer Liqasının 6-cı turunda baş tutan “Turan Tovuz” – “Kəpəz” qarşılaşmasında yaşananlara görə qonaqlara verilən cəza qərarından gedir.

Belə ki, haqqında bəhs etdiyimiz oyunun gedişində qonaq fanatlar onlara ayrılmış tribunanın oturacaqlarını qırıblar.

Oyundan sonra Peşəkar Futbol Liqası və klubların nümayəndələri yerində baxış keçirmiş və sındırılan oturacaq sayının 110 olmasını aşkarlanmışdır.

Haqqlı olaraq da İK-a həmin sayda oturacağın pulunun “Kəpəz” tərəfindən ödənilməsini cəza olaraq qüvvəyə mindirib.

Amma qərardan 3 aya yaxın vaxt keçsə də bölgə klubu üzərinə düşən öhdəliyi yerinə yetirmir.

Belədə olan isə Tovuz təmsilçisinə olur.

Çünki hələ də stadionun yararsız vəziyyəti olduğu kimi qalır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:50 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Deyir, hələ öyrənirik