Ermənilər yeni müharibəyə hazırlıq görür?

28 Noyabr 2022 12:30 Problem 491
Ermənilər yeni müharibəyə hazırlıq görür?

“Son 3 aydır erməni silahlı dəstələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağdakı ərazilərdən, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədi bölgəsindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutması vəziyyətin getdikcə gərginləşməsindən xəbər verir”.

Bu sözləri hərbi şərhçi Ramil Məmmədli deyib.

O bildirib ki, bunu deməyə əsas verən səbəblərdən biri son bir ayda ermənilərin Qarabağda həm yeni mühəndis-istehkam xətti formalaşdırmaqları, həm də müxtəlif vasitələrlə hərbi texnika əldə etmələridir:

“Həmçinin Azərbaycan Müdafiə Nazirliyinin atəşkəsin pozulması ilə bağlı xəbərləri də artıq hər gün, hətta gündə 2 dəfə olur.

Azərbaycan Ordusunun mövqelərinin davamlı atəşə tutulması ermənilərin hərbi baxımdan fəallaşması kimi təhlil olunmalıdır. Bu isə ermənilərin hərbi-texniki və canlı qüvvə baxımından yenidən komplektləşməsinə işarədir.

Hesab edirəm ki, erməni hərbi birləşmələri müharibəyə, yaxud hansısa istiqamətdə lokal hərbi əməliyyat həyata keçirməyə hazırlıq mərhələsindədirlər”.

Ekspert xatırladıb ki, sülhməramlıların nəzarətində olan ərazidə Ermənistan Müdafiə Nazirliyinə tabe olan 1-ci Əlahiddə Ordu birləşməsinin hərbi bölmələri, həmçinin separatçılara tabe olan qanunsuz silahlı dəstələr mövcuddur.

Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 02:30 Ruben Vardanyan qaçdı