Məşhur futbolçu "Qarabağ"la qarşılaşmada meydana çıxmayacaq?

1 Oktyabr 2022 00:30 Problem 497
Məşhur futbolçu "Qarabağ"la qarşılaşmada meydana çıxmayacaq?

"Olimpiakos"un yeni transferi Xames Rodriges Yunanıstanda "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin III tur matçında oynamaya bilər.

Sportinfo.az xəbər verir ki, buna səbəb kolumbiyalı hücumameylli yarımmüdafiəçinin milli komandanın düşərgəsindən zədəli qayıtmasıdır.

Meksika yığmasına 3:2 hesabı ilə qalib gəldikləri yoldaşlıq matçında baldır nahiyyəsindən xəsarət alan vinger bu həftə məşq edə bilməyəcək.

Oktyabrın 2-də "Atromitos"a qarşı Yunaıstan Super Liqasının VI tur matçını buraxmalı olan ulduz futbolçunun "Qarabağ"la qarşılaşmada meydana çıxıb-çıxmayacağı sual altındadır.

Həkimlərin rəyinə əsasən, hər şey oyunçunun bərpa presindən asılı olacaq.

Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti