Bunu hamıdan gizlədiblər - Ciddi problemi var, depressiyaya düşüb…

1 Oktyabr 2022 09:20 Problem 787
Bunu hamıdan gizlədiblər - Ciddi problemi var, depressiyaya düşüb…

vropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos"un yeni transferi Marseloda xroniki zədə aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı müdafiəçinin bud əzələsində ciddi problem ver.

34 yaşlı oyunçunun bu səbəbdən sıraya daha gec qayıdacağı bildirilib. Hətta "sambaçı"nın zədəli olduğu üçün depressiyaya düşdüyü qeyd olunub.

İddiaya görə, Pirey təmsilçisi ulduz futbolçunun ağır zədədən əziyyət çəkdiyini bilsə də, bunu ictimaiyyətdən gizlədib.

Marselo Yunanıstan klubuna cari mövsümün əvvəlində azad agent kimi keçib.

"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti