"Qarabağ"a qarşı hər iki oyunu buraxacaq - Çexiyalı qapıçı

29 Sentyabr 2022 13:40 Problem 937
"Qarabağ"a qarşı hər iki oyunu buraxacaq - Çexiyalı qapıçı

"Olimpiakos"un əsas qapıçısı Tomaş Vatslik "Qarabağ"a qarşı Avropa Liqasının qrup mərhələsinin hər iki oyununu buraxacaq.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı qolkiperin 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Vatslik Çexiya yığmasının heyətində Millətlər Liqasının son turunda İsveçrəyə 1:2 hesabı ilə uduzduqları səfər matçında sağ çiynindən xəsarət alıb.

"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM