"Bunlar hələ də məni izləyir, öldürmək istəyirlər"

3 İyul 2022 13:20 Problem 1 104
"Bunlar hələ də məni izləyir, öldürmək istəyirlər"

Məşhur fitnes məşqçisi Kamil Zeynallı ona qarşı sui-qəsd hazırlandığını iddia edib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə İnstaqramda məlumat yayıb.

“Mənim Rusiyaya gedib-gəlməyim düşmən Ermənistanın bəzi saytlarında və sosial şəbəkələrdə xoş qarşılanmayıb, acıqlarına gəlib.

Bunlar hələ də məni izləyirlər, ermənilərin mənə qarşı təxribatı bitməyib. Mənə sui-qəsd etmək fikrindədirlər.

Öz vətəndaşlarına harada olduğumu yazır və yerimi bildirirlər ki, gəlib mənə nəsə etsinlər”, - K.Zeynallı qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti