FFA Stuxliki yola saldı, o, hərəkətə keçdi: “Mən hazıram”

29 İyun 2022 20:40 Problem 1 497
FFA Stuxliki yola saldı, o, hərəkətə keçdi: “Mən hazıram”

AFFA rəhbərliyi Hakim və Hakim-inspektorlar Komitəsinin rəhbəri Frits Stuxliki yola saldı.

Son 4 ilini ölkəmizdə keçirmiş avstriyalı mütəxəssisılə yeni müqavilə imzalanmadı.

İndi əsas suallardan biri Stuxlikin yerinə kimin təyin olunacağıdır. Komitədə gəzən xəbərə inansaq, assosiasiya rəhbərliyi rəhbər vəzifəsini Fritsin köməkçilərindən olmuş, ondan görüb-götürmüş şəxslərdən birinə həvalə etmək istəyir.

Bu, Anar Salmanov ola bilər, Vüsal Əliyev və ya Babək Quliyev. Asim Xudiyev və Tahir Süleymanov kimi təcrübəli simaları da unutmaq olmaz. Hər halda ən çox ehtimal olunan bu adlardır.

Bu arada sabiq referilərdən birinin öz namizədliyini irəli sürdüyünü bildirək.

Vaxtilə Azərbaycan Premyer Liqasının və ölkə kubokunun oyunlarına baş hakim kimi təyinat almış Zahid Musayev “feysbuk” hesabında bu sözləri yazıb:

“Hakimlər Komitəsinin sədri vəzifəsi boşaldılır. Çox şükür!

Artıq yeni mərd və Azərbaycan futbol hakimliyini sevən namizədlərinin təyin olunmasının vaxtıdır. Çox istərdim bu dəfəki seçim qərarı futbol hakimliyimiz üçün xeyirli olsun.

Kim gəlirsə, Azərbaycan futbol hakimliyinə düşərli sədr olsun. Hakimlər Komitəsində aparacağı işiylə uğur gətirsin.

Bir müddət öncə yazılarımın birində qeyd etdiyim kimi, mən komitəyə rəhbərlik etməyə hazıram. Başqa seçimdə də kim olur-olsun, Azərbaycan futbol hakimliyinə layiqli xidməti ilə nümunə olsun.

Mən də hazıram bu işin öhdəsindən bacardığım qədər gəlməyə. Allah bu işdə hər kəsə yardımçı olsun!”

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"