"Koronavirusun yeni ştamları meydana çıxır, ona görə də... "

10 May 2022 18:10 Problem 558
"Koronavirusun yeni ştamları meydana çıxır, ona görə də... "

"Azərbaycanda xüsusu karantin rejiminin tamamilə ləğv olunması məsələsində hələ tələsmək olmaz".

Bu sözləri səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.

Nazir koronavirusun yeni stamlarının ortaya çıxmasını əsas gətirərək, qeyd edib:

"Qapalı məkanlarda maskadan istifadə tələbi ləğv olunsa da, bəzi məhdudiyyətlər qalıb. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, payız aylarında ayıq-sayıq olmalıyıq.

Şərt o deyil ki, hər hansı sıçrayış olsun. Çünki koronavirus yeni ştamları meydana çıxır. Gələcəkdə də yeni mutasiyaların olub-olmayacağını bilmədiyimiz üçün bir qədər gözləməyi xahiş edirəm".

Nazir həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığırta üzrə Dövlət Agentliyi regionlarda tibb işçiləri ilə bağlı çatışmazlıq problemini aradan qaldırmaq üçün xüsusi dövlət proqramı hazırlanır:

"Proqram çərcivəsində müəyyən mexanizmlər işlənib təklif olunacaq. Bununla da nəinki gənc, eləcə də peşəkar tibb işçiləri regionlara gedib xidmət göstərəcək".

Digər Xəbərlər
Xəbər Lenti