2020-ci ilin noyabrında koronavirusa yoluxan Qəhrəman Əliyev hələ də komadan ayılmayıb.
Bu barədə Sportinfo.az-a tanınmış məşqçinin yaxınları məlumat verib.
Onların sözlərinə görə, yoluxma nəticəsində beyin insultu keçirmiş mütəxəssis bugünlərdə növbəti dəfə müayinə olunub.
Tibbi yoxlama pasiyentin sağluq durumunun orta-ağır olaraq qalmasını üzə çıxarıb. Bu isə o deməkdir ki, uzun müddətdir davam etdirilən müalicə prosesi hələ də ciddi effekt vermir.

