Bu səhv "Qəbələ"nin sonunu gətirdi – Əgər əyalət klubu dağılsa…

18 Aprel 2022 11:00 Problem 1 914
Bu səhv "Qəbələ"nin sonunu gətirdi – Əgər əyalət klubu dağılsa…

Çempionatda hər tur 4 oyun olur.

Və hər dəfə bu 4 qarşılaşmadan ən azı ikisi bərbad hakimliklə yadda qalır.

Bu tur Rauf Cabbarov "Sumqayıt"ın qapısına 100 faizlik penaltini verməməklə, "Qəbələ"nin qələbəsini əlindən aldı.

Bu ,təkcə "Qəbələ"nin bir oyunda 2 xal itirməsi deyildi, mənə görə, bununla Elmar Baxşıyevin komandası avrokubok şanslarını da itirdi.

"Qəbələ"nin indiki durumunda avrokubokdan gələcək vəsait kluba çox kömək edəcəkdi.

Rauf Cabbarov isə bu səhviylə bəlkə də illərin əziyyəti ilə bu yerlərə gəlmiş bir klubun sonunu gətirdi. Mövsümün sonunda "Qəbələ" dağılsa, bunda Rauf Cabbarovun da "xüsusi pay"ı olacaq.

Referi penalti epizodunda qayda pozuntusu olan yerin yanında idi. Və bu penaltini bilərəkdən vermədi. Yəni, görməmək variantı yox idi.

Bu tur nəticəyə təsir edən ikinci səhv isə "Neftçi" - "Sabah" oyununda oldu. Hakim qonaqların təmiz qolunu qeydə almadı.

Düzdür, "Neftçi" azarkeşləri deyir ki, orada Bəxtiyar Həsənəlizadə qayda pozuntusuna yol verib. Amma azarkeşliyi kənara qoysaq, vallah, orada heç bir qayda pozuntusu yoxdur.

Ən azı, "CBC Sport"un çəkilişindən belə görünür. Bəlkə PFL kameraları daha dəqiq çəkib,

bilmirəm. Amma "CBC Sport"un çəkilişindən görünən budur ki, hakimlər "Qəbələ" kimi, "Sabah"ın da əlindən 2 xal aldılar.

Nəhayət, bu səhvlərdən sonra yaranan suallar:

Ştuxliki kim saxlayır?

Ştuxlik kimi saxlayır?

Bu əcnəbiyə hər ay onminlərlə pulu niyə yedizdirirlər?

Və s. Və i....

Anar Şabanoğlu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti