Bu klub koronavirusa görə Çempionlar Liqasından imtina etdi

18 Aprel 2022 10:00 Problem 1 251
Bu klub koronavirusa görə Çempionlar Liqasından imtina etdi

Çinin "Şanxay Port" klubu Asiya Çempionlar Liqasında iştirakdan imtina edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Asiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Buna klubun təmsil etdiyi şəhərə koronavirus səbəbindən tətbiq olunan karantin səbəb olub.

Beləliklə, "Şanxay Port" koronavirusa görə turnirdə oynaya bilməyəcək 2-ci Çin təmsilçisi olub. Bundan əvvəl "Çangçun Yatai" eyni səbəbdən bu addımı atmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti