“Bakı”nın prezidenti Hafiz Məmmədovun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib.
Dövlət Vergi Xidməti tanınmış iş adamının hazırki maddi vəziyyəti ilə bağlı loyal münasibət göstərərək, məhkəmə tərəfindən seçilmiş qətimkan tədbiri müddətinin uzadılmasını istəməyib.
Hafiz Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz olunub.
Dövlət Vergi Xidmətindən bildirilib ki, iş adamı barəsində bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış 1.465.200 manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə Yasamal rayon məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanılıb.
Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilsə də, sonradan borcun müəyyən hissəsi ödənildiyi üçün o, yanvarın 31-də ev dustaqlığına buraxılıb.
Fəaliyyətini dayandırmış klubun sahibi qalan borcunu hissə-hissə qaytaracaq. Bunun üçün ona 5 ay vaxt verilib.
SPORTİNFO.AZ

