“Düşünürəm ki, Emeri “Spartak”da uğursuz oldu, çünki o, Avropa formatlı məşqçidir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov sport24.ru-ya açıqlamasında deyib.
Millimizin üzvü vaxtilə Moskva “Spartak”ında rəhbərliyi altında çıxış etdiyi Unay Emeri haqda danışıb. O, ispaniyalı mütəxəssisin "Spartak"da uğursuz olmasının səbəbini belə izah edib:
“Emeri Rusiya Premyer Liqasına uyğun gəlməyən super-hücum futbolunu gətirmək istəyirdi. Demək olar ki, hamımız müdafiədən, əks-hücumlar zamanı dərindən oynayırdıq.
Komandanı yenidən quracaqdı və nə vaxtsa daha sərt olmalı idi. Bütün avropalılar ilk növbədə futbolçunun peşəkarlığına güvənirlər.
Postsovet məkanında isə bu metod işləmir. Daim nəzarət eləməli, arxayınlaşmağa imkan verməməlisən.
Emeri, demək olar ki, bütün cərimələri bağışlayırdı - gecikməyə, artıq çəkiyə görə... Onda ən yaddaqalan məqamlar futbolçuların pulunu kəsmək idi”.
Emin Mahmudov 2011-2014-cü illərdə “Spartak”da çıxış edib. Emeri isə 2012-ci ilin iyulunda noyabrına qədər Moskva klubunu çalışdırıb.
Onun hazırda çalışdırdığı "Vilyarreal" isə Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.

