"Oğlumda 100 min insandan birində rast gəlinən xəstəlik var idi, çox əziyyət çəkdik"

14 Aprel 2022 19:00 Problem 770
"Oğlumda 100 min insandan birində rast gəlinən xəstəlik var idi, çox əziyyət çəkdik"

«Oğlumun müalicəsi bitib, aprelin 4-də xəstəliklə mübarizə aparmağımızın 1 ili tamam oldu».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in aşağı yaş qrupları üzrə qruplarının koordinatoru İlham Səmədov deyib.

O, əsas komandanın formasını geyinən oğlu Ümid Səmədovun sağlıq durumundan danışıb. Ata mədə-bağırsaq problemi yaşayan övladının səhhətinin normallaşdığını bildirib:

«O, düz 9 ay futbolsuz qaldı. Ümiddə 100 min insandan birində rast gəlinən xəstəlik var idi.

Böyrəklərində, mədəaltı vəzdə problem var idi. Çox əziyyət çəkdik.

AFFA bütün müalicə xərclərini qarşıladı. Artıq yarım ildir ki, məşqlərə başlayıb. Bu gün əsas heyətdəki yerini qaytarıb, U-21 millisinə kimi dəvət alıb.

Görək, gerisi necə olacaq. Yaxşıdır, amma bir məşqçi kimi deməliyəm ki, əvvəlki Ümidi görmək üçün bir qədər də vaxt lazımdır».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti