Milli Məclisin deputatı De Byazinin cavabını verdi: “Onun rəhbərlik etdiyi komandanın...”

12 Aprel 2022 21:00 Problem 1 669
Milli Məclisin deputatı De Byazinin cavabını verdi: “Onun rəhbərlik etdiyi komandanın...”

Canni de Byazinin İtaliya mətbuatına verdiyi açıqlamada səsləndirdiyi fikirlərin müzakirəsi səngimir.

Azərbaycan millisinin baş məşqçisi yığmanın uğursuzluğu mövzusunda danışanda, həmyerlisi olan həmkarımıza azərbaycanlı futbolçular haqda “qorxaq və xaraktersiz” ifadəsini işlətmişdi.

Sonradan dediklərini təkzib etsə də, mətbuata sızan səs yazısında əsl həqiqət bilindi. Qısası, De Byazinin təkzibi işə yaramadı.

İtaliyalı çalışdırıcının futbolçularımıza yapışdırdığı damğa haqda futbol mütəxəssisləri mövqeyini ortaya qoyub, lazım olan fikirləri səsləndirib.

Bu dəfə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, ölkənin əməkdar jurnalisti, ölkə futbolu ilə yaxından maraqlanan tanınmış sima Aqil Abbas dilə gəlib.

Aqil bəy Sportinfo.az-a açıqlamasında Canni de Byazinin “qorxaq və xaraktersiz”inə bu cür münasibət bildirib:

“Millinin baş məşqçisinin fikirləri ilə tanışam. Hətta dediklərini sonradan təkzib etdiyini də oxudum. Sanki o cür demək istəməyib, fikirləri yanlış anlaşılıb.

Amma vəziyyət dediyi kimidir. De Byazinin rəhbərlik etdiyi komandanın vəziyyəti dediyi kimi olmalıdır.

Yığmanın baş məşqçisi yerli məşqçi olmalıdır. Samir Abasov, Tərlan Əhmədov, Ayxan Abbasov, Aftandil Hacıyev, Elmar Baxşıyev – özümüzdə o qədər bacarıqlı məşqçilər var ki.

Tərlan Əhmədov dilə gəlib “futboldan gedəcəyəm” deyir. Tərlan Əhmədov kimi oğlanı futboldan küsdürmək olar?”

Əslən Ağdamdan olan və “Qarabağ”ın azarkeşi kimi tanınan Aqil Abbas qatı futbol azarkeşi kimi tanınır. O, 2005-ci ildən Milli Məclisin deputatıdır.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti