“Rusiya Ukraynadakı müharibə ilə ABŞ-ın hegemonluğuna son qoymağı hədəfləyir"

12 Aprel 2022 02:00 Problem 881
“Rusiya Ukraynadakı müharibə ilə ABŞ-ın hegemonluğuna son qoymağı hədəfləyir"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı “xüsusi əməliyyat”la ABŞ və onun nəzarəti altında olan digər Qərb ölkələrinin hegemonluğuna son qoymağı hədəflədiklərini açıqlayıb.

bu barədə o, “Rossiya-24” dövlət televiziya kanalına verdiyi müsahibədə danışıb.

Ukraynadakı hərbi əməliyyatlarının məqsədini açıqlayan Lavrov, “Bizim xüsusi hərbi əməliyyatımız, ABŞ və onun nəzarəti altında olan digər Qərb ölkələrinin beynəlxalq arenada başıboş genişlənmə, tam hegemonluğu kimi ehtiyatsız anlayışa son qoymaq üçün nəzərdə tutulub” deyib.

Lavrov sözügedən hegemonluğun beynəlxalq hüququn kobud şəkildə pozulması ilə qurulduğuna diqqət çəkib:

ABŞ-ın minlərlə kilometr uzaqlıqdakı İraqda öz təhlükəsizliyinə təhdid gördüyünü, bu ölkəni bombaladığını, sonra heç bir əsas tapmadığını, hətta üzr istəmədiyini deyən Lavrov söyləyib:

“Okeanın o tayında deyil, bizim ölkəmizin sərhədləri yaxınlığında neonasistlər və ultra-radikallar çoxaldıqca, Pentaqon xəttində bioloji hərbi qüvvələr laboratoriyalar yaradanda, bioloji silah yaratmaq üçün eksperimentlər aparanda bizim bu təhlükəyə reaksiya verməyimizə icazə verilmir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti