"Həmin epizodda bir az tələsdim.
Bir addım da atıb zərbə vursaydım, daha yaxşı alına bilərdi".
Sportinfo.az xəbər verir ki, bu sözıləri "Bursasor"da çıxış edən Namiq Ələskərov 1-ci liqanın 30-cu turunda "Kocaelispor"la görüşdən sonra yerli mətbuata açıqlamasında deyib.
2:1 hesablı qələbə qazandıqları matçda məhsuldar ötürmə ilə yadda qalan millimizin üzvü bir neçə oyundur qol vura bilməməsi haqda da danışıb:
"Son vaxtlar nədənsə qol vurmaqda çətinlik çəkirəm. Bir qol vursam, ardı gələcək. Tilsimi heç cür qıra bilmirəm. İnşallah, qarşıdakı matçlarda qol və assistlərlə komandama faydalı ola bilərəm”.
27 yaşlı yarımmüdafiəçi 18-ci pillədə olan komandasının liqada qalacağına inandığını deyib:
“Ümid edirəm ki, “Bursaspor” liqada qalacaq. Bu komandanın aşağı liqaya düşməsini fikirləşmək belə istəmirəm.
Buna görə də son tura qədər mübarizəmizi davam etdirəcəyik. İnanırıq ki, aşağı liqaya düşməyəcəyik”.

