Mahir Şükürov: “De Byazi düz deyib, millimizin futbolçuları xaraktersizdir“

10 Aprel 2022 17:00 Problem 926
Mahir Şükürov: “De Byazi düz deyib, millimizin futbolçuları xaraktersizdir“

Canni de Byazi İtaliya mətbuatına verdiyi müsahibədə səsləndirdiyi fikirlərlə özünü Azərbaycan futbol ictimaiyyətinə düşmən edib.

Azərbaycan millisində rəhbərliyi altında oynayan futbolçuları qorxaq və xaraktersiz adlandıran 65 yaşlı çalışdırıcı indi başına döyür.

Məlum müsahibədəki fikirlərinin təhrif olunduğunu desə də, əslində doğru danışıb və bunun fərqindədir.

De Byazinin dediklərinə futbolçulardan sərt reaksiya gələcəyini gözləyirdik əslində. Lakin onlar ən sadə yolu – susmağı seçdilər. Və bununla da baş məşqçinin sözlərində haqlı olduğunu sübut etdilər.

Canninin “qorxaq və xaraktersiz”i futbolçulara kar etməsə də, veteranlar və futbol mütəxəssisləri italyanın cavabını necə lazımdır verməkdədir.

Bu dəfə Mahir Şükürov dilə gəlib. Yığmamızın unudulmaz siması Sportinfo.az-a açıqlamasında hər nə qədər qəribə olsa da, baş məşqçiyə dəstək verib.

Sabiq “4 nömrə” dedikləri ilə “ağızlarına su alan” futbolçulara “ustad dərsi” keçib:

“De Byazinin dedikləri ilə tanışam. Burada səhv nə var ki? Adam düz deyib də. Futbolçular xaraktersizdir lər.

Xarakterləri olsaydı, bu neçə gündə baş məşqçinin cavabını verərdilər. İndiyə qədər bir futbolçunun reaksiyasını görməmişəm.

Mənə qorxaq və xaraktersiz desəydi, bu barədə fikir bildirərdim, cavab verərdim. Cavabı Canni de Byaziyə mesaj yazıb, millidəki işini davam etdirməsini arzulayanlar versin. Mənim mövqeyim budur”.

Mahir Şükürov 2004-2014-cü illər aralığında Azərbaycan millisində 76 oyunda 4 qo vurub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti