Elxan Məmmədov millinin futbolçularını aşağılayan De Byazinin tərəfini saxladı - VİDEO

9 Aprel 2022 17:20 Problem 752
Elxan Məmmədov millinin futbolçularını aşağılayan De Byazinin tərəfini saxladı - VİDEO

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin futbolçuları barədə dediklərinə AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov reaksiya verib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə Şamaxıdakı oyundan sonra jurnalistlərin sualına cavab verərkən danışıb.

“Təbii ki, baş məşqçi öz fikrini sərbəst ifadə bilər. Çox söhbətlər oldu, amma sonra italyan dilində deyilənlər təkzib edildi. Video yayımlandı, orada təhqiredici nə isə görmədik”, - E. Məmmədov qeyd edib.

Canni de Byazi İtaliyalı jurnalistin “Komandanızda mərkəz hücumçusu var” sualını mütəxəssis belə cavablandırıb:

“Komandada çatışmazlıqlar var. Bunun fonunda nə qurduğumuzu dərk etməkdə çətinlik çəkirik. Problemin üzərində işləyirəm.

Komanda ilə bağlı digər problem xarakterdir. Həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən.

Hələlik buna təsir edə və ruhumu qorxaq komandaya verə bilmirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti