“Təsəvvür edin, biznesimi əlimdən alıb, kredit götürürdülər, üstəlik, həmin kredit də mənim adıma yazılırdı”.
Sportinfo.az xəbər verir ki, bu açıqlama fəaliyyətini dayandırmış “Bakı“FK-nın prezidenti Hafiz Məmmədova məxsusdur.
Biznesi çökmüş iş adamı deyib ki, 2014-cü ildən sonra onu sözün həqiqi mənasında soymağa başlayıblar.
O bildirib ki, Eldar Mahmudov onun “Transgeyt” şirkətinə əl qoyub.
Daha sonra “Bahar” yatağı əlindən alınıb və bununla onun müflis olunmasının əsası qoyulub.

