“Barselona”nın sponsoru da Rusiyanı tərk edir

8 Aprel 2022 22:00 Problem 535
“Barselona”nın sponsoru da Rusiyanı tərk edir

Məşhur “Spotify” audio striminq xidməti Rusiyada fəaliyyətini dayandırır.

Sportinfo.az xəbər verir ki, bu barədə xidmətin özü məlumat yayıb.

“Mövcud vəziyyəti diqqətlə nəzərdən keçirdikdən sonra aprelin 11-dən etibarən Rusiyada fəaliyyətimiz tamamilə dayandırmaq barədə qərar verdik", - məlumatda bildirilib.

Bu xidmət Rusiyanın musiqi bazarında böyük paya sahib idi. “Spotify” bu yaxınlarda “Barselona” ilə sponsorluq müqaviləsi imzalayıb.

Xidmət 4 il ərzində İspaniya nəhənginə, təxminən 275 milyon avro ödəyəcək. Perspektivdə tərəflər arasındakı müqavilənin daha 15 il müddətinə uzadılması da var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti