Əgər AFFA "Kəpəz"i Premyer Liqaya qaytararsa…

8 Aprel 2022 14:00 Problem 1 259
Əgər AFFA "Kəpəz"i Premyer Liqaya qaytararsa…

«Burada uşaq futbolu var, məşqçilər, futbolçular var, komandamız da var».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in koordinatoru İlham Səmədov deyib.

Gəncədə uşaq futbolundakı problemləri həll etmək, bataqlıqdan çıxmaq üçün hansı işlər görülməldidir?

Klubun akademiyasına məsul olan şəxs bu sualı belə cavablandırıb:

«Gəncə kimi böyük şəhərin komandası Premyer Liqada oynamağa layiqdir. Əgər «Kəpəz» Premyer Liqaya yüksələrsə, burada futbol akademiyası yaradılarsa, Gəncə futbolunda böyük yüksəlişin şahidi olacağıq.

Hazırda problemlər var, hamımıza məlumdur - maliyyə çatışmazlığı, müasir meydanların azlığı, valideynlərin futboldan soyuması və bu səbəbdən övladlarını futboldan uzaq tutmaları və s.

Amma fikir versək, son illər Gəncədə uşaq futbolunun inkişafı üçün müəyyən addımlar atılıb. Bunlardan biri AFFA tərəfindən süni örtüklü meydanın salınması, iki mini-futbol stadionunun yenidən qurulması və s. göstərmək olar».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti