Sportinfo.az xəbər verir ki, Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təşkilatçıları yeni etirafla yadda qalıb.
Onlar bildirib ki, müqavilə ilə çalışan işçilər istismara məruz qalıblar.
Araşdırmalar nəticəsində məlum olub ki, mühafizəçilər işçiləri qeyri-normal şəraitdə çalışmağa vadar ediblər. Onları həftədə icazə verilən maksimum 60 saatdan çox işlədiblər, aylar və hətta illərlə istirahət günləri verməyiblər.
“Üç şirkətin bir sıra sahələrdə tələblərə cavab vermədiyi aşkarlanıb”, –təşkilatçıların bəyanatında deyilir.
Dünya Kubokunun təşkilatçıları əvvəllər bildirmişdilər ki, 2014-cü ildən - FİFA Qətərə turnirə ev sahibliyi etmək hüququnu verdikdən dörd il sonra - ölkədə əməkçilərin hüquq və təhlükəsizliyinin qorunması üçün tədbirlər görüb.

