ŞOK: Azər Əliyevin vətəndaşlıq problemində rus agentin əli var – İmkan vermir!

6 Aprel 2022 20:00 Problem 978
ŞOK: Azər Əliyevin vətəndaşlıq problemində rus agentin əli var – İmkan vermir!

“Neftçi”nin əslən azərbaycanlı futbolçusu Azər Əliyev hələ də azərbaycanlılaşmaqda çətinlik çəkir.

Həyatı Rusiya bağlı olan futbolçu bu ölkənin vətəndaşlığını daşıdığından, Azərbaycanda legioner statusu ilə çıxış edir.

Səbəb isə 2 aydır yerli pasporta sahib ola bilməməsidir.

Yubanmanın, ortaya çıxan əngəllərin səbəbini heç kim demir.

Nə “Neftçi”, nə AFFA, nə də səbəbkarın özü məlum mövzuda dilə gəlməkdə maraqlı deyil. Sanki ortada dövlət sirri qədər gizli səbəb var.

Səbəbin nədən ibarət olduğunu “Neftçi”yə və Azərə yaxın mənbədən öyrənmişik ki, sizinlə bölüşməyin vaxtıdır.

Xatırlayırsınızsa, AFFA hələ bir neçə il əvvəl Azərə milli formanı geyindirmək həvəsinə düşmüşdü. Emin Mahmudovla Ramil Şeydayev mövzusunda istəyinə çatan assosiasiya Əliyevlə də dil tapacağına ümid edirdi.

Həmin vaxt futbolçuya, atasına və menecerinə çıxan AFFA-nın məlum məsələ ilə bağlı cavabdehləri Azər Əliyevə müəyyən məbləğdə həvəsləndirici pul təklif etmişdi.

Lakin Rusiya seçməsində oynamaq şansını gözlərinin önündən atmayan futbolçu rus meneceri ilə məsləhətləşəndən sonra AFFA-nın təklifini yaxına buraxmamışdı.

Rusiya millisi ilə bağlı arzusunun çin olmayacağını anlayan Əliyev 28 yaşında Azərbaycana gəlməyin, “Neftçi”də oynamağın və yığma formasını geyinməyin faydalı olacağını anladı.

Bakıya çatar-çatmaz vətəndaşlıq almağa razı oldu ki, bununla bağlı özü aidiyyatı qurumlara müraciət etdi.

Hətta “Neftçi” futbolçunun doğulduğu Gürcüstana rəsmi müraciət edərək, Azərlə bağlı arxiv sənədlərinin Azərbaycana göndərilməsinə nail oldu.

İşlər rəvan gedirdi. Necə deyərlər, alan da razıydı, satan da. Vətəndaşlıq söhbətinin həlli an məsələsiydi.

Prosesdən xəbər tutan Əliyevin rusiyalı meneceri araya girərək müştərisinin gözlərini təxminən bu sözlərlə açıb:

“AFFA bir neçə il əvvəl sənə filan qədər vəsait tələb edirdi. Demək ki, xidmətində maraqlı olublar. İndi isə sən özün quruma müraciət edib, Azərbaycan pasportuna sahib olmaq istəyirsən. Lap yaxşı!

Amma bu işə pulsuz razılaşmaq olmaz. Assosiasiya ölkə xaricindən milliləşdirdiyi futbolçulara pul verir. Sən niyə havayı razılaşmalısan?

Ortalıqda görünmə, qoy, özləri bunda maraqlı olsun. Prosesin yubanması ilə bağlı səndən nəsə soruşsalar, mənə yönəlt, mən özüm həll edəcəyəm. Artıq pul cibimizi deşmir ki”.

Rusiyalı agentin məsələyə məntiqli yanaşmasından sonra Azər Əliyev vətəndaşlıq mövzusunda hərəkətsizlik nümayiş etdirir. Heç kimlə danışmır, heç kimə söz demir.

İndi futbolçu ilə müştərisi AFFA-dan mübarək zəngi gözləyir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti