Küsdürdülər, FİFA-ya şikayət etdi, təcili Azərbaycana qayıtdı

6 Aprel 2022 19:40 Problem 791
Küsdürdülər, FİFA-ya şikayət etdi, təcili Azərbaycana qayıtdı

Azərbaycanlı futbolçunun legioner həyatı vaxtından tez başa çatdı.

Turan Manafov “Olimpiakos Volos”la yollarını ayırıb.

Lakin bu, müqaviləni ikitərəfli razılıq əsasında yox, birtərəfli qaydada pozmaqla baş verib.

Belə ki, 2 aydır Yunanıstan klubundan maaş ala bilməyən 23 yaşlı müdafiəçi üzləşdiyi vəziyyətlə barışmadığından, oranı tərk etmək qərarını verib.

Bununla bağlı FİFA-ya şikayət edən Manafov Azərbaycana qayıdıb.

Müqavilə ilə “Səbail”ə məxsus olan futbolçu ilk mərhələdə zədəsinin müalicəsi ilə məşğul olacaq. Daha sonra “Səbail”lə məşq edəcəyi gözlənilir.

Vaxtilə U-21 millimizin şərəfini qorumuş Turan Manafov yanvarın 20-də müqavilə bağladığı klubda olduğu son 2 ayda cəmi 4 rəsmi oyunda meydana çıxıb.

Onun “Səbail”lə müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti