«Mənim Mirça Redniklə heç bir problemim yox idi, bunu deyənlər düz danışmır».
Bu sözləri «Sportinfo TV»yə açıqlamasında «Xəzər Lənkəran»ın sabiq qapıçısı Kamran Ağayev deyib.
O, 2006-2012-ci illərdə formasını geyindiyi cənub klubundan qalmaqalla ayrılmasını yada salıb. Millinin eks «1 nömrə»si rumıniyalı çalışdırıcının buradan getməsinə səbəbkarın özünün olmadığını bildirib.
Sitat: «Mən komandanın kapitanı idim. Görürdüm ki, bəzi futbolçuların haqqı tapdalanır, gedib rəhbərliyə sözümü deyirdi.
Bir dəfə, iki dəfə… Üçüncü dəfə olanda, artıq rəhbərliyin bundan xoşu gəlmirdi. Deyirdilər ki, sən bizim adamsan, sakit qal.
Açığı, mən səssiz qala bilmirdim, yenə sözümü deyirdim. O aralar rəhbərliyin Redniklə problemi yarandı, atdılar üstümə.
Azarkeşlər isə onu çox istəyirdi. Elə göstərdilər ki, Rednik Kamaranla düz gəlmədi və getdi.
Halbuki baş məşqçi ilə münasibətim normal idi. Xırda söz-söhbətlərə qalsa, bu, nəinki hər komandada, hər ailədə olur».

