Millinin məşqçiləri Türkiyədə çətin duruma düşdü

25 Yanvar 2022 23:20 Problem 504
Millinin məşqçiləri Türkiyədə çətin duruma düşdü

Yığmada Canni de Byazinin köməkçiləri olan Arif Əsədovla Benito Karbonenin Antalya səfəri başa çatıb.

Yanvarın 18-də qardaş ölkəyə yollanan köməkçi-məşqçilər üçün dünən baş tutan “Qarabağ”ın yoldaşlıq görüşü sonuncu oldu.

Mütəxəssislər yanvarın 26-da Bakıya qayıtmalıdır. Lakin klubların istifadə etdiyi Antalya – Bakı reysi ilə yox, Antalya – İstanbul – Bakı tranzit reysi ilə.

Hazırda İstanbulda hələ də qar yağdığını və beynəlxalq uçuşların təxirə salındığını nəzərə alsaq, sabah günortaya qədər vəziyyətin düzələcəyi inandırıcı görünmür.

Əsədovla Karbone isə günortadan sonra İstanbuldan Bakıya uçmalıdır.

Reyslər bərpa olunmayacağı təqdirdə məşqçilər İstanbulda gecələməli olacaq.

Canni de Byazi koronavirusdan yeni qurtulduğundan, həkim ona Türkiyəyə uçmamağı məsləhət görmüşdü.

Belədə, italiyalı çalışdırıcı Azərbaycan komandalarını və milli üzvlərini yoldaşlıq görüşlərində iş başında görmək üçün ora köməkçilərini göndərmişdi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti