Türkiyədə yağan qar klubların Azərbaycana qayıtmasına əngəllədi?

25 Yanvar 2022 17:00 Problem 1 305
Türkiyədə yağan qar klubların Azərbaycana qayıtmasına əngəllədi?

Türkiyədə dünəndən yağac güclü qar İstanbulu və başqa şəhərləri cənginə alıb.

Dövlət qurumları insanlara ehtiyac olmadığı halda yola çıxmamağı məsləhət görüb,

İstanbuldan havaya qalxmalı olan təyyarələrin uçuşu təxirə salınıb.

Gecədən etibarən Antalyada da “ağ yorğana” bürünüb. Hətta buna görə “Qarabağ”ın “Bohemians”la Bakı vaxtı ilə saat 12:00-a planlaşdırılan yoldaşlıq görüşünün startı meydanın qardan təmizlənməsinə görə yubanır.

Ölkə klublarının, “CBC Sport”un Peşəkar Futbol Liqasının əməkdaşlarının, eləcə də bir neçə həmkarımızın Antalyada olduğunu nəzərə alıb, son durumla maraqlandıq.

Çünki bu gün və sabah orada olan klublar və müxtəlif qurumların ezam olunmuş işçiləri vətənə qayıtmalıdır.

Məlum oldu ki, “Sumqayıt” yanvarın 23-ü axşam saatlarında Azərbaycana qayıdıb.

“CBC Sport”un işçi qrupu isə yanvarın 24-ü axşam saatlarında vətənə çatıb.

Bu gün səhər saatlarında “Qəbələ”, “Neftçi” və “Zirə” Antalya – Bakı reysi ilə havaya qalxıb. Antalyada qarın şiddətinin az olması uçuşa mane olmayıb.

Hazırda kurort şəhərində “Qarabağ”la “Sabah” və PFL-in əməkdaşları qalıb ki, onlar da sabah vətənə dönəcək. İki klub Antalya – Bakı reysindən istifadə edəcəkdə, PFL-in əməkdaşları Antalyadan Ankara uçub, ordan da Bakıya yön alacaqlar.

Qısası, bu günə olan məlumat əsasında hava şəraitinin azərbaycanlıların Azərbaycana qayıtmasına problem yaratmayacağını deyə bilərik.

Təbii ki, sabaha qədər Antalya İstanbulun bugünkü halına düşməsə.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var