Paşinyan növbəti dəfə Azərbaycanla sülh sazişindən danışdı: "Hazırıq"

25 Yanvar 2022 02:20 Problem 675
Paşinyan növbəti dəfə Azərbaycanla sülh sazişindən danışdı: "Hazırıq"

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi ilə bağlı növbəti dəfə açıqlama verib.

O bildirib ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır. Lakin buna qədər danışıqlar aparılmalıdır.

"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı çox danışılır. Bəli, bu sənəd imzalanmalıdır, amma əvvəlcə bu sənəd rəsmiləşdirilməlidir və bu məsələ isə danışıqların nəticəsində geçəkləşəcək.

Ermənistan bu danışıqlara hazırdır. Mandatı Minsk Qrupunun həmsədrləri olan Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin məqsədi sülh müqaviləsinin imzalanmasıdır", - Baş nazir qeyd edib.

Paşinyan bildirib ki, Ermənistan ümumi sərhəddə təhlükəsizliyin yaxşılaşdırılması ilə bağlı təkliflərini birbaşa Azərbaycana çatdırıb. Yerevan sərhədlərin demarkasiyasının başlanması üçün ilkin şərtlər irəli sürmür.

“Biz Soçidə sərhəddə vəziyyəti sabitləşdirmək üçün tədbirlər görmək və demarkasiya və delimitasiya komissiyasının yaradılması istiqamətində hərəkət etmək barədə razılığa gəldik”, - deyə Paşinyan qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var