"Onu dilə tutublar, dedi ki, ya səhv başa düşüb, ya da…"

24 Yanvar 2022 14:20 Problem 684
"Onu dilə tutublar, dedi ki, ya səhv başa düşüb, ya da…"

"Onu çağırmadım və dilə tutmadım, necə reaksiya verdiyinə baxdım".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Legiya"nın baş məşqçisi Aleksandr Vukoviçə məxsusdur.

O, "Legiya" azarkeşlərinin hücumu zamanı Mahir Emreli ilə birgə döyülən komandanın digər hücumçusu Lukinyasa jest kimi kapitanlıq verdiyini diqqətə çatdırıb.

Amma çalışdırıcı braziliyalı forvardı dilə tutmadığını vurğulayıb: "Qərarım barədə məlumat verdim. Motivini bilərəm, tam dərindən düşündüm.

Bu jestlə hansı dəyərlərə hörmət etdiyimizi, hansı insanlar barədə danışmaq istədiyimizi və hansılar barədə susmağın ən yaxşısı olduğunu göstərmək istədim.

Lukinyas vacib oyunçu olub və belə də qalmaqdadır. O, hər zaman meydanda ürəyini qoyub, maksimumunu oynayıb, komandada və meydanda sadiqlik nümunəsi olub.

İndi isə meydandan kənarda da bunu göstərdi. Bu oğlan bir çox anlamda nümunəvi legionerdir. Hadisədən tam başqa cür də istifadə edə, vəziyyətdən yararlanmağa cəhd göstərə bilərdi.

Əminəm ki, onu hərtərəfli dilə tutublar, çünki özü üçün xeyir böyük idi. Amma özü başqa cür hərəkət etdi. Bu, mənim dəyər verdiyim şəxsdir və komanda da bunu gözəl anlayır".

Baş məşqçi Lukinyasın bu qərara təəccübləndiyini sözlərinə əlavə edib:

"Dedi ki, ya səhv başa düşüb, ya da tərcümə yanlışdır. Komandada Boruts və Yendjeyçik kimi nüfuzlu oyunçuların olduğu halda, o, belə bir funksiya barədə heç vaxt düşünmürdü.

Cavab verdim ki, ona da hörmətlə yanaşırlar, biz komanda yaratmaq istəyirik. Sarğı isə onun komanda və kluba loyallığının qiymətləndirmə formasıdır. Komandanın liderləri dəyişmirlər.

İstəyirik ki, komanda və klub olaraq, bunun loyallığını qəbul edək. Emreli və Lukinyasa zəng etməməyi düşündük.

Gözlədim və baxdım ki, onlar necə hərəkət edəcəklər. Bu gün nəticələri görürük".

"Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib.

O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Digər Xəbərlər
Xəbər Lenti