"Qalatasaray" və "Başakşehir" Mahirə görə "Legiya"ya təklif göndəribmi?

18 Yanvar 2022 13:40 Problem 2 122
"Qalatasaray" və "Başakşehir" Mahirə görə "Legiya"ya təklif göndəribmi?

"Bu komandalardan təkliflər alırıqmı? Bilirəm ki, bu, agentlərin işidir".

Sportinfo.az xəbər verir ki, bunu "Legiya"nın idman direktoru Yatsek Zelinski deyib.

Polşa klubunun rəsmisi düşərgəyə dönməkdən imtina edən və müqaviləsinə xitam verilməsi üçün məhkəməyə baş vuran Mahir Emrelinin adının "Qalatasaray" və "Başakşehir"ı, həmçinin Xorvatiyadan "Dinamo" (Zaqreb) ilə hallanmasına münasibət bildirib:

"Onlar vəziyyəti elə idarə edirlər ki, sanki Emreli azad agentdir. Bu, qətiyyən doğru deyil. O, "Legiya"nın futbolçusudur. Qarşıda bizi araşdırma gözləyir.

Hesab edirəm ki, mübahisəli məsələdə öz xeyrimizə olan ciddi arqumentlər var. Mahirin nümayəndələri onu sərbəst oyunçu kimi təklif etməyə çalışırlar.

Bəlkə də bu maraq ondan irəli gəlir. Çünki söhbət klubdan gedirsə, Emreliyə heç bir təklif gəlməyib".

"Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib.

O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var