“CBC Sport” Antalyadan canlı yayım təşkil edə bilməyəcək – SƏBƏBİ VAR

17 Yanvar 2022 19:40 Problem 847
“CBC Sport” Antalyadan canlı yayım təşkil edə bilməyəcək – SƏBƏBİ VAR

“CBC Sport”un əməkdaşlarının Antalyada iş başında olacağı haqda məlumat vermişdik.

Artıq işçi qrupu Türkiyənin kurort şəhərinə yola düşüb.

Sportinfo.az telekanalın proqram direktoru Rüstəm Əfsərlidən aldığı məlumat əsasında xəbər verir ki, rəhbərlik “CBC Sport”un komandalarımızın hazırlıq keçdiyi şəhərə yollanmasına maliyyə ayırdıqdan sonra həmkarlarımız qardaş ölkəyə səfər edib.

Çəkiliş qrupu yanvarın 16-dan 23-nə qədər Antalyanın Lara qəsəbəsində məskunlaşacaq.

Heyət orada olduğu müddətdə Azərbaycan komandalarının düşərgəsinə baş çəkəcək, məşqlərdən görüntülər hazırlayacaq, müsahibələr, reportajlar, xəbər buraxılışları üçün süjetlər, canlı bağlantılar və sair.

Bunun üçün “CBC Sport”a xüsusi avtomobil də ayrılıb.

Təəssüflər olsun ki, komandalarımızın oyunlarını canlı yayımdan təqdim etmək mümkün olmayacaq.

Buna səbəb telekanal əməkdaşlarının koronavirus səbəbilə Antalyaya geniş yox, məhdud heyətlə yollanmasıdır.

Yəni “Geniş heyətdən bir nəfərin virusa yoluxması ciddi fəsadlara yola aça bilər” düşüncəsi ilə Türkiyəyə məhdud sayda əməkdaş gedib.

Səfərə cəmi 2 kamera ilə yollanan həmkarlarımız necə gəldi yayım təqdim etmək istəmir. Çünki birbaşa efir üçün azı 4-6 kamera və ümumilikdə 15-20 nəfərlik işçi qüvvəsi lazımdır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!