Premyer Liqada bu 10 futbolçuya DİQQƏT! – Daha 3 nəfər isə…

23 Oktyabr 2021 13:00 Problem 741
Premyer Liqada bu 10 futbolçuya DİQQƏT! – Daha 3 nəfər isə…

Azərbaycan Premyer Liqasının 8-ci turunda üç futbolçu tamaşaçı rolunda olacaq.

Ötən həftə sarı vərəqə limitini dolduran “Keşlə”li Felipe Santos, həmçinin birbaşa qırmızı vərəqə ilə meydandan qovulan “Qəbələ”li Ehtiram Şahverdiyevlə “Sabah”lı Xulio Sezar Rodrigez bu gün və sabah keçiriləcək oyunlarda iştirak edə bilməyəcək.

Daha 10 futbolçu isə baş məşqçilərdən diqqətli olmaq tapşırığını alacaq.

Bunlar İsnik Alimi, Məqsəd İsayev, Stefan Vukçeviç (hamısı “Qəbələ”), Georgi Stoilov, Hacıağa Hacılı, Təmkin Xəlilzadə (hamısı “Zirə”), Mamadu Kane (“Neftçi”), Filip Ozobiç (“Qarabağ”), Höccət Haqverdi (“Sumqayıt”) və Yurgen Qoxadır (“Səbail”).

Adları çəkilən futbolçuların hər biri geridə qalan 7 turda 3 sarı vərəqə alıb ki, 4 –cü “sarı” növbəti turu buraxmaları ilə nəticələnə bilər.

HƏBİB / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti