Sədr Premyer Liqada işlərin Rəvan olmasını istəmir – “QARA SİYAHI”

14 Oktyabr 2021 20:00 Problem 753
Sədr Premyer Liqada işlərin Rəvan olmasını istəmir – “QARA SİYAHI”

AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuxlik yeni “qara siyahı” hazırlayıb.

Avstriyalı funksioner nisbətən yaşlı referilərin xidmətində maraqlı deyil.

O, bunu federasiya başbilənləri ilə apardığı müzakirədə də dilə gətirib. Sədr yalnız son 3-4 ildə yetişən, ingilis dilini mükəmməl bilən gənclərə Premyer Liqada şans vermək isdəyini elan edib.

Orxan Məmmədovla Rəhim Həsənov karyerasını başa vurduğunu açıqlayıb. Məmmədov ötən sezonun gedişində bu sahədən getdisə, Həsənov son qərarını yayda verdi.

Səbuhi Bayramov isə 2020/21 mövsümündə buraxdığı səhvlərin acısını çəkir. Stuxlik onu “ağıllanmaq üçün” Birinci Diviziona göndərib və ümidləri doğrultsa, irəliləyən həftələrdə Premyer Liqada görünə bilər.

Fərid Hacıyev haqda komitə rəhbərinə neqativ məlumatlar çatdırılıb. Rəvan Həmzəzadəyə gəlincə, o, cari sezon Premyer Liqada referelik etməyib.

Və bu, heç də yalnız zədədən əziyyət çəkməsi ilə əlaqədar deyil. Həmzəzadə iclaslarda dəfələrlə Stuxliklə üz-üzə gəlib, onun iradları ilə razılaşmayıb. Sədrin xoşuna gəlməyən də budur elə.

Bu yerdə onu da yada salaq ki, Azərbaycan Premyer Liqasında idarəçilik edən 10 referi və 14 referi köməkçisinə “Peşəkar hakim” statusu verilib.

Həmin hakimlərlə müddəti avtomatik uzadılmaq şərtilə 1 illik rəsmi müqavilə imzalanıb. 1 ildən sonra sözləşmə yenilənməyə də bilər. Hətta il ərzində müəyyən olunmuş tələblər yerinə yetirilməsə, müqavilənin pozulması da mümkündür.

“Peşəkar hakim” statusu almış ədalət təmsilçilərinin siyahısı:
Referilər:
1. Əliyar Ağayev, 2. Elçin Məsiyev, 3. Rauf Cabbarov, 4. Kamal Umudlu, 5. Rəşad Əhmədov, 6. Rauf Allahverdiyev, 7. İnqilab Məmmədov, 8. Vüqar Həsənli, 9. Rəvan Həmzəzadə, 10. Fərid Hacıyev

Referi köməkçiləri: 1. Elşad Abdullayev, 2. Pərvin Talıbov, 3. Cavanşir Yusifov, 4. Kamran Bayramov, 5. Nahid Əliyev, 6. Rəhman İmami, 7. Müslüm Əliyev, 8. Vüsal Məmmədov, 9. Rahil Ramazanov, 10. Namiq Hüseynov, 11. Zeynal Zeynalov, 12. Akif Əmirəli, 13. Eyyub İbrahimov, 14. Cəmil Quliyev

“Peşəkar hakim” statusuna malik olan hakimlərə, oyunlara təyinat alıb-almamalarından asılı olmayaraq, aylıq 1000 manat, referi köməkçilərinə isə 700 manat məvacib ödəniləcək. Onlar əvvəlki qaydada hər oyun üçün müvafiq qonorar da alacaqlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti