“Özüm dağıstanlı, dilim rus” – Azərbaycan yığmasının “milliləşdirilmiş”i: FOTOLAR

21 Sentyabr 2021 22:40 Problem 2 081
“Özüm dağıstanlı, dilim rus” – Azərbaycan yığmasının “milliləşdirilmiş”i: FOTOLAR

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Qurbanov sosial şəbəkədə ciddi iradla üzləşib.

Belə ki, təcrübəli oyunçu Mahir Emrelinin paylaşımının şərh bölməsində rus dilində ona uğurlar arzulayıb.

Ruslanın rusca yazması azərbaycanlı izləyicinin xoşuna gəlməyincə, həmin şəxs Qurbanova irad bildirib.

Ruslan isə, yazılanları tənqid yox, təhqir kimi qəbul edərək özünün dağıstanlı, dilinin rus olduğunu qeyd edib.

Saxta Azərbaycan pasportu ilə “milliləşdirilən” bu cür futbolçuların sonradan ölkəmizı arxa çevirdiyini dəfələrlə görmüşük.

Bu, AFFA-nın başında duranlara növbəti nümunə olsun. Təbii ki, Ruslanın yazdığının fərqinə varsalar. Məlum yazışmanı təqdim edirik

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti