“Aşdod”un məşqçiləri Bakıda nədən qorxuya düşüb? - YOXLANILDILAR

23 İyul 21:00 Problem 639
“Aşdod”un məşqçiləri Bakıda nədən qorxuya düşüb? - YOXLANILDILAR

Konfrans Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşan “Aşdod”da koronavirus şübhəsi yaranıb.

Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk qarşılaşmada yarımmüdafiəçi David Roy Nyenq məşqçilər korpusunu qorxudub.

Start heyətində meydana daxil olan kamerunlu futbolçuda oyunun gedişində başgicəllənmə yaranıb və bu üzdən 25-ci dəqiqədə baş məşqçi Ran Bem Şimon əvəzləməyə əl atıb.

19 yaşlı Nyenq özünü halsız hiss etdiyindən həkimlər onun koronavirusa yoluxmasından şübhələnib. İsrailə dönər-dönməz hər kəsdən test götürülüb. Bütün komanda kimi, Nyenqdə də testin nəticəsi neqativ çıxıb.

Bakıda qolsuz bərabərə qalan komandalar arasında cavab görüşü iyulun 29-da Aşdodda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti