Qarabağda yeni müharibə təhlükəsi varmı? – Lavrov açıqladı

6 May 2021 14:10 Problem 1 511
Qarabağda yeni müharibə təhlükəsi varmı? – Lavrov açıqladı

“Qarabağdakı vəziyyət əhəmiyyətli dərəcədə normallaşıb”.

Sportinfo.az xəbər verir ki, bu barədə Ermənistanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ara Ayvazyanla bu gün keçirilən görüşdə bildirib.

“Dağlıq Qarabağ nizamlanmasında müsbət tendensiyaları müşahidə edirik. Meydandakı vəziyyət əhəmiyyətli dərəcədə normallaşıb. Rus sülhməramlı kontingenti təhlükəsizliyin qarantı kimi çıxış edir, təmas xətti boyunca və Laçın dəhlizi boyunca yerləşdirilir.

Kiçik insidentlər dərhal və effektiv şəkildə sülhməramlı qüvvələrimiz tərəfindən həll edilir, bunlar olmadan, ehtimal ki, heç bir əməliyyat keçirilə bilməz. Hərbi əsir mübadiləsinin tamamlanmasına daim diqqət yetirilir”,- deyə Lavrov qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM