"Prosesi diqqətlə izləyirik və lazım olarsa, müdaxilə edəcəyik" - VİDEO

23 Aprel 2021 14:50 Problem 4 437
"Prosesi diqqətlə izləyirik və lazım olarsa, müdaxilə edəcəyik" - VİDEO

“Rusiya sülhməramlıdırsa, sülhməramlı olaraq vəzifəsini yerinə yetirsin”.

Sportinfo.az xəbər verir ki, bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.

“Ümid edirik ki, qarşıdakı dövrdə Birgə Monitorinq Mərkəzi öhdəliklərini icra edər.

Sülhməramlıların Azərbaycanın da haqqını qorumasını gözləyirik. Biz haqq və hüquqdan yanayıq. 10 noyabr 2020-ci il bəyanatı və 11 yanvar 2021-ci il razılaşmasının icra edilməsi bizim üçün əsasdır.

Hazırda ciddi problem olmadığını bilirik. Amma o demək deyil ki, heç vaxt da olmayacaq.

Prosesi diqqətlə izləyirik və lazım olarsa, müdaxilə edəcəyik. Biz bölgədə sülh olmasını, Zəngəzur dəhlizinin açılmasını və kommunikasiyanın bərpa edilməsini istəyirik”, - deyə o bildirib.

Digər Xəbərlər
Xəbər Lenti