İdman zallarının fəaliyyəti nə vaxt bərpa olunacaq?- AÇIQLAMA

7 Aprel 19:20 Problem 381
İdman zallarının fəaliyyəti nə vaxt bərpa olunacaq?- AÇIQLAMA

"Epidemioloji vəziyyətdən asılı olaraq karantin qaydaları sərtləşdirilə və ya yumşaldıla bilər. Azərbaycanda ÜST-ün ekspertləri var və müəyyən məsləhətləşmələr aparılır, qərarlar qəbul edilir".

Sportinfo.az xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, əgər ölkədə yoluxanların sayında azalma olarsa, vəziyyət yaxşıya doğru gedərsə, karantin qaydalarında yumşalmalar olacaq: "Əski olacağı təqdirdə, sərtləşdirmə olacaq. Burada SMS icazə sisteminə qədər karantin qaydaları sərtləşdirilə bilər.

Azərbaycanda vaksinasiya prosesi gedir. "COVAX" platforması vaxtında Azərbacana vaksin vermədilər.

Amma biz Türkiyənin köməyi ilə Çindən vaksin alıb peyvəndləşmə prosesinə başlayaraq, Cənubi Qafqazda ilk ölkə olduq. TƏBİB bizə vəd verib ki, yay aylarına qədər əhalinin 7 milyonunun vaksinasiya nəzərdə tutulub.

Əgər bu proses deyilən kimi təşkil olunarsa, bu, kollektiv immunitetə çatmaq üçün böyük yoldur. Hesab edirəm ki, vaksinasiya üçün yerlər artırılmalıdır.

Bundan başqa şayiələr gəzir ki, vasksinasiya olunmaq istəməyən bəzi şəxslər hansısa sənədə qol çəkməklə qeydiyyata vaksin vurdurmuş kimi qeydə alınır. Buna qətiyyən yol vermək olmaz.

Yay aylarında çöldə maskasız gəzmək məsələdi də hamını maraqlandırır. Bu məsələ epidemioloji vəziyyətdən asılı olacaq. Əgər əlavə yoluxmalar olmazsa, dördüncü dalğa qeydə alınmazsa, açıq havada maskasız gəzmək mükün olacaq.

Kütləvi immunitetin formaşalması üçün əhalinin 75 faizində immunitetin yaranması lazımdır. Bura istər xəstəlik keçirənlər, istərsə də vaksinasiya olunanlar aiddir.

Azərbaycanın quru sərhədlərinin bağlı qalması, metro, "mallar" və idman zalları ilə bağlı qadağaların ləğvinə gəldikdə isə deyə bilərəm ki, əgər vəd verilən kimi yay aylarına qədər bu qədər insan vaskinasiya olunacaqsa, biz buna nail ola bilərik".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:40 Kərim Ronaldonu ötdü
21 Aprel 22:00 32-ci dəfə çempion