Azərbaycanlı çempionun günahı sübuta yetirilsə…

25 Yanvar 2021 21:20 Problem 1 313
Azərbaycanlı çempionun günahı sübuta yetirilsə…

Dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə şübhəli bilinən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov daha ciddi sanksiya ilə üzləşə bilər.

Sportinfo.az xəbər verir ki, ittiham təsdiqini taparsa, 28 yaşlı idmançı ömürlük diskvalifikasiya olunacaq.

Səbəb onun əvvəllər də dopinq-testinin müsbət nəticə verməsi səbəbindən cəzaya məruz qalmasıdır. Qaydalara əsasən, ikinci dəfə testdən keçə bilməyən idmançı 8 il və ya ömürlük diskvalifikasiyaya məruz qalır.

Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) araşdırma müddətində Rəhimovu yarışlardan müvəqqəti kənarlaşdırıb.

Təcrübəli ağırlıqqaldıran 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub.

Nicat Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"