“Bakı“lı Mario: “Harada oynamışamsa, orada mənə yaxşı olub"

27 May 2020 16:00 Premyerliqa 732
“Bakı“lı Mario: “Harada oynamışamsa, orada mənə yaxşı olub"

“Harada oynamışamsa, orada mənə yaxşı olub. Əgər nəyinsə qalibi olmuşuqsa, təəssüratlar daha yaxşı olub”.

Sportinfo.az xəbər verir ki, bunu “Bakı”nın sabiq futbolçusu Lukas Mario Horvat deyib.

Horvat 2012-15-ci illərdə oynadığı “Bakı” ilə Azərbaycan kubokunun qalibi olub. Hazırda Sloveniyanın “Alüminium” klubunda çıxış edən argentinalı iki əfsanəvi həmyerlisi Dieqo Maradona və Lionel Messini müqayisə edib:

“Argentinada tanınmayan, görünməyən, amma müstəsna bacarığa malik əla oyunçular çoxdur. Maradona və Messinin hər ikisinin tərəfdarıyam. Dieqo hələ də böyük əhəmiyyət kəsb edir. Lionel isə 15 ilə yaxındır ən yüksək zirvədədir”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada