Ukraynalı hücumçu Azərbaycan millisində oynamaq istəyir

24 Mart 2020 23:00 Premyerliqa 1 291
Ukraynalı hücumçu Azərbaycan millisində oynamaq istəyir

"Azərbaycan millisində oynamaq mənim uşaqlıq arzumdu”.

Sportinfo.az xəbər verir ki, bunu fanat.az-a açıqlamasında Lvov "Karpatı”sının hücumçusu Mixail Xodukin deyib.

Bakı "İnter”inin (indiki "Keşlə”) yetirməsi olan, hazırda Ukraynanın 1-ci liqasında çıxış edən Lvov təmsilçisinin U-19 komandasında top qovan gənc forvard yayda ölkəmizə gəlməyə hazırlaşdığını söyləyib:

"Bildiyiniz kimi, babam (Valentin Xodukin) uzun müddət "İnter”də işləyib. Əsas komandanın baş məşqçisi də olub, Uşaq Gənclər Futbol Məktəbinə rəhbərlik də edib. Bütün uşaqlığım Bakıda keçib. Ailəmiz Ukraynaya gələnə qədər klubun aşağı yaş qrupları üzrə komandalarında oynamışam.

Mənim üçün Azərbaycan və bu ölkənin futbolu daha doğmadı. Meydanda çox vaxt azərbaycanca danışırdıq. İndi də müntəzəm olaraq dostlarımla əlaqə saxlayır, çempionatdakı nəticələrlə maraqlanıram.

Yayda Bakıya yollanmağı planlaşdırıram. Klubların birində oynamaq, ordan milliyə düşmək əsas hədəfimdi. Baxışa getməyə hazıram. Özüm barədə gəlişigözəl sözlər deməyim düzgün alınmaz.

Premyer Liqa klublarının məşqçiləri yoxlayar, özləri qərar verər. Mənim üçün yeni nəsə öyrənə biləcəyim mühitdə olmaq olduqca önəmlidi. Pulu yox, karyeramı düşünürəm. Mənə az qala hər dalanını, hər döngəsini tanıdığım Bakıda daha rahat olacağına əminəm”.

2002-ci il doğumlu, 183 santimetr boya malik Mixail "Karpatı”nın U-19 komandasında yarım mövsümə 4 qol vurub. Lvov Dövlət Bədən Tərbiyəsi Universitetinin 1-ci kurs tələbəsi özünə inandığını vurğulayıb:

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"