"Sabah"ın legioneri: "Cəmi 4 dəfə ayağıma top dəydi"

8 Dekabr 2019 20:29 Premyerliqa 715
"Sabah"ın legioneri: "Cəmi 4 dəfə ayağıma top dəydi"

"Sabah"ın honduraslı legioneri Rocer Roxas komandasının "Neftçi"yə 0:2 uduzduğu matçdan sonra Sportinfo.az-a müsahibə verib.

- Əvvəlcə oyun haqda deyəıcəklərinizi eşitmək istərdik...

- Mənə görə çox çətin ağır bir oyun oldu. Təəssüf ki, birinci hissənin sonunda standart vəziyyətdən qol buraxdıq. Bundan sonra oyun tamamən dəyişdi. İkinci hissədə rəqibə çox boşluqlar verdik. Çünki biz bərabərlik qolu üçün hamımız irəli atılmışdıq.

- Sabah" niyə qeyri-sabit oynayır?

- Bəlkə də ev oyunlarında üzərimizdə təzyiq olur, ona görə. Qış fasiləsindən sonra bacardıqca çox xal qazanmalıyıq. Xüsusən ev oyunlarında. Əks halda cədvəldə vəziyyətimiz daha da pisləşəcək.

- Komandanının ilk 2 dövrədəki çıxışını necə qiymətləndirirsən?

- Çempionata yaxşı başlamadıq. Sonra 1-2 tur yaxşı oyun göstərdik. Amma dediyiniz kimi sabitlik çatışmır. Bu günkü oyun da bizim üçün çox vacib idi. Qələbə bizi cədvəldə yuxarı sıralara daşıyacaqdı. Biz ölkənin ən yaxşı komandasını uda bilərdik. amma bacarmadıq.

- Öz oyununuz niyə alınmır? Yalnız kubok oyununda zəif rəqibə qol vurmusan. Güclü rəqiblərə isə qol vura bilmirsən...

- Bunun cavabını bilsəydim, deyərdim. Çempionat güclü çempionatdır. Bəlkə də bəxtimdəndir. Mən həmişə əvəzetmədən meydana çıxıram və əksər hallarda da komandam həmin an hesabda geri olur. Bu zaman rəqib daha sıx müdafiə olunur. Mən isə meydanda boşluğu sevirəm. Bu gün də "Neftçi" çox sıx oynayırdı. Müdafiədə daim 5 nəfər olurdu. Deyim ki, bu gün cəmi 4 dəfə ayağıma top dəydi.

- "Sabah"ın ən uğursuz transferlərindən sayılırsan. Bu fikri qəbul edirsən?

- Sadə olmaq, özünütənqidi bacarmaq lazımdır. Etiraf edirəm ki, istənilən səviyyədə oynamıram. Amma onu da nəzərə alın ki, mənə elə çox şans verilmir. Bir qarşılaşmada 30, digərində 5 dəqiqə oynayıram. Hücumçu isə oynamalıdır. Neyləmək olar, bu məşqçinin qərarıdır, seçimidir. Ona hörmətlə yanaşıram.

- Qarşıdakı kubok oyunları haqda nə deyə bilərsən?

- Bizim üçün çox ağır, hətta deyərdim, "ölüm-dirim" oyunları olacaq. Kubok görüşləri 180 dəqiqədən ibarətdir. Kubok turnirində irəli getmək üçün çox diqqətli və ağıllı oynamalıyıq. Xüsusən "Qəbələ" ilə səfər matçından sərfəli nəticə ilə dönməyimiz vacibdir.

- Qış fasiləsində "Sabah"dan ayrılmayacağına əminsən?

- Maya qədər müqaviləm var. Ümid edirəm ki, qəribə nələrsə baş verməyəcək.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!