COP29

Bilelin "Turan"ı təslim etdiyi İKİ AN

28 Noyabr 2023 23:00 Premyerliqa 547
Bilelin "Turan"ı təslim etdiyi İKİ AN

“Qəbələ”də 5 oyunluq qələbə həsrəti başa çatdı.

“Qırmızı qaralar” doğma meydanda “Turan Tovuz”u darmadağın etdi – 4:0.

Əslində ilk qola kimi meydandakı mənzərə heç də belə hesabdan xəbər vermirdi.

Ərazi üstünlüyü meydan sahiblərində olsa da, qol epizodları baxımından hər iki tərəf də axsayırdı.

Tərəflərin çox sayda top itkiləri diqqətdən qaçmırdı.

Bu baxımdan “Qəbələ” daha çox önə çıxırdı.

Sürətli hücumlar zamanı Omar, Eyyub kimi usta futbolçular belə ya topu komanda yoldaşlarına qədərindən sürətli çatdırırdılar, ya da əksi olurdu ki, belədə heç nədən perespektivli hücumlar yarıda başa çatırdı.

Hətta sadə epizodlarda itirilən belə toplara klubun rəsmi şəxsləri də emosional reaksiya vermiş olurdu.

Bəlkə, fasilədə məşqçilər futbolçuları ayıldar deyə düşünürdük ki, Bilal Auşeriya səhnəyə çıxdı.

Qola qədər Elmar Baxşıyevin yetirmələri əsasən sağ cinahdan hücumlar qurmağa çalışsa da, qol əks cinahdan qurulan hücum sonrası vuruldu.

42-ci dəqiqədə Tettehin səliqəli ötürməsini mərakeşli ustalıqla ram edərək iti bucaq altından uzaq küncə sancdı.

Qolda qonaq müdafiəçilərin diqqətsizliyi də az rol oynamadı.

Fasilə öncəsi hesabın açılması qərb təmsilçisi üçün soyuq düş təsiri bağışladı.

Fasilədən qayıdar-qayıtmaz Bilal fərqi ikiyə çatdırdı. Oyunun qırılma nöqtəsi kimi ilk hissənin sonu, ikinci yarının əvvəli vurulan qollar olduğunu demək olar.

Ümumiyyətlə, həmin gün "Turan"ın günü deyildi.

Məsələn, ikinci qol buraxılan kimi Ayxan Abbasov Veysəl Rızayev, Faiq Hacıyev və Ayxan Quseynovu meydana buraxmaqla hücumu gücləndirməyi düşünürdü.

Lakin növbəti tərslik onun komandasını tapdı. Adıçəkilənlər meydana ayaq qoymamış Tetteh fərqi üç topa yüksəltdi.

Amma üçlük meydana daxil olandan sonra tovuzlularda aktivlik hiss olunmağa başladı.

Təxminən 7-8 dəqiqə Rəşad Əzizlinin qapısı ağzında təzyiq yaratmaq mümkün oldu.

Bəlkə, vurulacaq bir qol Tovuz təmsilçisinə ümid verəcəkdi.

Amma ələ düşən fürsətlərdən yararlanmaq mümkün olmayınca yenidən üstünlük qəbələlilərə keçdi.

Onlar isə fürsəti boşa vermədilər.

Baxşıyevin komandası Bilellə açdığı qol pərdəsini 85-ci dəqiqədə elə onunla da qapamış oldu – 4:0.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"