COP29

Asif Əsgərov klubları bir yerə topladı, mötəbər təşkilat bu hadisəyə mühüm qiymət verdi

19 Noyabr 2023 22:00 Premyerliqa 517
Asif Əsgərov klubları bir yerə topladı, mötəbər təşkilat bu hadisəyə mühüm qiymət verdi

Avropa Klublar Assosiasiyasının (ECA) rəsmi sosial şəbəkə hesabları qurumun bugünlərdə Bakıda keçirilən hüquq, kommersiya və üzvlük departamentinin regional toplantısından yazıb.

Sportinfo.az xəbər verir ki, “Qarabağ” Futbol Klubu tərəfindən təşkil edilən bu görüşün açıq dialoq və əməkdaşlığı asanlaşdırmaq üçün kritik platforma rolunu oynadığı qeyd edilib.

Bildirilib ki, bu görüş klublara öz narahatlıqlarını müzakirə etməyə və ECA-nın təklif etdiyi həllər və xidmətlərin geniş spektrini araşdırmağa imkan verib.

ECA İcraiyyə Komitəsinin və “Qarabağ” FK-nın İdarə Heyətinin üzvü Asif Əsgərov toplantıyla bağlı fikirlərini qurumun mətbuat xidmətinə bölüşüb.

“Biz qürurla ECA-nın toplantısın ev sahibliyi edirik. Klublarımız arasında dialoq və əməkdaşlıq üçün canlı platforma tapmaqdan məmnunuq.

Bu görüş ECA administrasiyası ilə münasibətlərimizi daha da möhkəmlətmək, futbol ictimaiyyətinə hörmətimizi ifadə etmək, eləcə də ölkəmizin futbol mənzərəsinin böyüməsi və birliyi üçün zəruri addımdır” - deyə A.Əsgərov vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!