"Çempionatın ən maraqlı oyunu "Səbail" və "Şamaxı" arasında olacaq"

25 May 19:40 Premyerliqa 843
"Çempionatın ən maraqlı oyunu "Səbail" və "Şamaxı" arasında olacaq"

"Bəlkə də çempionatın ən maraqlı oyunu olacaq".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında Premyer Liqanın 36-cı turunda baş tutacaq "Səbail" - "Şamaxı" görüşü haqqında danışan milli komandamızın veteran futbolçusu Əfran İsmayılov deyib.

Bu ilin yanvarında karyerasını bitirən sabiq yarımmüdafiəçi fərdi ustalığı yüksək oyunçuların matçın taleyini həll edəcəyini bildirib:

"Düzdü, oyun "Səbail"in meydanında olacaq. Amma belə oyunlarda yerin önəmi o qədər də fərq etmir.

Hər iki komanda da qələbə üçün meydanda hər şeyini qoyacaq. Gərgin, dramatik oyun bizi gözləyir.

Düşünürəm ki, ustalıq səviyyəsi yüksək olan sonda sevinən tərəf olacaq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
28 May 00:10 5 Azərbaycan rekordu!